"Azərbaycan indi İlham Əliyevin adı ilə tanınır" - Deputat

 11:47 18.10.2024     77

"Dünyada 5000-ə yaxın xalq yaşayır, ancaq 200 ölkə var. Azərbaycan az ölkələrdəndir ki, müstəqil siyasət aparmağı bacarır".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında millət vəkili Siyavuş Novruzov dedi.

"Azərbaycan əvvəl nefti ilə tanınırdısa, indi İlham Əliyevin adı ilə tanınır. Ölkəmiz sülh və təhlükəsiz fəaliyyət aparır. Buna görə də Beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. COP29-da buna sübutdur"- deyə deputat bildirdi.

Türkan İSGƏNDƏRLİ