"Milli Məclisin rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var" - Deputatdan TƏKLİF
"Bu günlərdə Niderland Azərbaycanla bağlı 2 bədnam qətnamə qəbul edib. Biz də buna yerindəcə cavab vermişik".
Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev dedi.
O, çıxış vaxtı Milli Məclisin rəyasət heyətinin formalaşdırılması ilə bağlı təklif də etdi:
"Milli Məclisin rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var. Milli Məclisin sədrinə bəyanatlarla çıxış etmək hüququ verilsin" - deyə o qeyd etdi.
Türkan İSGƏNDƏRLİ