Ərdoğan Azərbaycan xalqını təbrik ETDİ

 19:53 18.10.2024     232

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Redaktor.az xəbər verir ki, Prezident bu barədə "X"də paylaşım edib.

"Dostumuz, qardaşımız: "iki dövlət, bir millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram", - o bildirib.