Cənubi Qafqazda daimi sülhün təmini üçün region ölkələri ilə işlər davam edəcək - Türkiyə XİN
Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmini və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “3+3” əməkdaşlıq platformasının İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair birgə bəyanat ilə bağlı məlumatında bildirilir.
Birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb.
Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyanatda, həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəəhrində "3+3" regional platforması üzrə xarici işlər nazirlərinin iclası keçirilib.