Türk dövlətləri dəstəklədi: yeni şuralar yaradılır
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurasının və Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyib.
Redaktor.az xəbər verir ki, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT-nin iştirakçısı olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmiləri iştirak ediblər.
Əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.