İsrail Fransaya qarşı tədbir görəcək

 09:33 21.10.2024     173

İsrail Xarici İşlər Nazirliyi (XİN) Qəzza zolağında və Livanda avadanlıqları istifadə edilən İsrail şirkətlərinin silah sərgisində iştirakına icazə vermədiyi üçün Fransaya qarşı iddia qaldıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats "X" sosial şəbəkəsində məlumat verib.

“Mən İsrail Xarici İşlər Nazirliyindən Fransa prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək "Euronaval" sərgisində öz məhsullarını nümayiş etdirməsini qadağan edən qərarına qarşı hüquqi və diplomatik tədbir görməsini xahiş etdim”, – Katz bildirib.

Nazir Fransa hakimiyyətinin qərarını dost dövlətlər baxımından qəbuledilməz antidemokratik tədbirlər adlandırıb. Katz Makronu İsrail şirkətlərinin yarmarkada iştirak etməsi üçün qoyulan şərtləri ləğv etməyə çağırıb.

Sevinc İBRAHİMZADƏ