Qarabağ Azərbaycanın ərazisidir - Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, bugünkü müxalifət hakimiyyətdə olanda qondarma “Artsax”ı müstəqil dövlət kimi tanımayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Simonyanın sözlərinə görə, Serj Sarkisyan iqtidarı Qarabağı Azərbaycanın bir hissəsi kimi tərk edib.
“İnzibati-ərazi bölgüsü haqqında qanunu qəbul edəndə, Qarabağın Azərbaycan olmamağı üçün nə etmişdiniz?”, - deyə Simonyan keçmiş hakimiyyətə səslənib.
O qeyd edib ki, fakt faktlığında qalır: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”.