Deputatlar üçün yeni mobil tətbiq YARADILDI

 16:32 22.10.2024     190

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O qeyd edib ki, sənədlər və qanun layihələri üç gün öncə deputatlara verilir: “Həmin mobil tətbiqdən hər kəsin istifadə etməsi Milli Məclisin işinin səmərəliliyinə xidmət edəcək”.