AB-dən Bakı və İrəvana çağırış: COP29 tarixi fürsətdir!

 22:57 22.10.2024     172

Avropa Birliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hərtərəfli dəstək verməkdə davam edir.

Redaktor.az əbər verir ki, bu sözləri Avropa Parlamentinin bu gün keçirilən sessiyasında məşğulluq və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitt deyib.

O qeyd edib ki, COP29 həm də sülh üçün tarixi fürsətdir:

“Azərbaycan və Ermənistan heç vaxt onilliklər boyu davam edən münaqişəni aradan qaldırmağa bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini nümayiş etdirmək və sülh sazişi imzalamaq üçün tarixi şans olacaq. Avropa Birliyi olaraq, normallaşma prosesinə tam dəstəyimizi davam etdiririk və bütün tərəflərin davamlı və davamlı sülhdən bəhrələnmələrini təmin etmək üçün lazımi resursları səfərbər etməyə hazırıq”.