XİN-dən fransalı nazirə CAVAB
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.
Redaktor.az xəbər verir ki, bu, A.Hacızadə bununla bağlı X-dəki hesabında yazıb.
“Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik, beynəlxalq hüquqa və ədalətə sadiqliyimizi bəyan etmək üçün onlara uyğun hərəkət etməliyik”, - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.