Azərbaycan və Türkiyə hərbi əlaqələri müzakirə ETDİ

 23:22 22.10.2024     181

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.