Rəsmi Bakı Türkiyədə baş verən terror aktını PİSLƏDİ

 18:54 23.10.2024     261

Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.

Redaktor.az-ın məlumatına görə, XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.

Qardaş #Türkiyə|də Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (@TUSAS_TR) törədilmiş terror aktını qətiyyətlə pisləyirik!

Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!@MFATurkiye

— MFA Azerbaijan (@AzerbaijanMFA) October 23, 2024