Avropa COP29-dan Azərbaycana qarşı istifadə edir

 11:14 29.10.2024     181

Avropa COP29-dan Azərbaycana qarşı istifadə edir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında deyib.

"Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə yalan və böhtanlarla doludur. Milli Məclis Azərbaycana qarşı yalan, təhdid və tələblərin yer aldığı qətnaməni qətiyyətlə rədd edir. Bu, Cənubi Qafqazdakı sabitliklə barışmayan qüvvələrin növbəti addımıdır. Avropa Parlamentinin addımı dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq deməkdir. Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır. Amma ölkəmizə qarşı hansısa qərəzli, təhdid ritorikasını və tələbləri rədd edirik”.

Türkan İSGƏNDƏRLİ