Avropanın əsl niyyəti üzə çıxdı - Səməd Seyidov
“Milli Məclis Avropa Parlamentinin qəbul etdiyi yalanlardan ibarət qətanməsinə tutarlı Azərbaycan mövqeyini əks etdirən cavab verdi”.
Redaktor.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı dedi.
“Onların fikrincə, sadəcə özlərinin sözü düzdür, digərlərininki əyri. Azərbaycan Prezidenti elə bir reallıq yaratdı ki, bunların əsl niyyəti üzə çıxdı. Biz artıq yalnız deyilik. Əslində bu qətnaməyə qarşı 120 nəfər Avropa deputatı çıxış etdi. Əslində bu qətnamə korrupsiyada batmış şəxslərin icad etdiyi məsələdir".
Millət vəkili həmçinin qeyd etdi ki, Avropa Birliyinə qarşı İtaliya, Serbiya, Türkiyə bəyanat verir. Lakin şillə kimi cavabı Gürcüstan verdi.
"Bizim işimiz bundan sonra birləşmək, siyasətimizi davam etdirmək və ölkə rəhbərinin mövqeyinə dəstək verməkdir”, – S.Seyidov bildirdi.
Türkan İSGƏNDƏRLİ