"İran rejimi bilə-bilə bu gölü qurutmağa çalışır ki, azərbaycanlılar həmin bölgəni tərk etsin" - AÇIQLAMA

 17:26 30.10.2024     373

"Urmiya gölünün quruması və yaxud qurudulması ətraf mühit məsələsində çox önəmli rol oynayır. Əgər göl tamamən quruyarsa, çevrəyə, ətraf mühitə çox zərər və ziyanları olacaq. Bu, insanların oradan məcbur köçməsinə səbəb olacaq".

Bu sözləri Redaktor.az-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin sözçüsü Ağrı Qaradağlı Urmiya gölünün qurumasını şərh edərkən dedi. Onun sözlərinə görə, İran rejimi bilə-bilə bu gölü qurutmağa çalışır ki, azərbaycanlılar həmin bölgəni tərk etsin:

"Urmiya gölü strateji bir bölgədədir və bu bölgədə türklər yaşadığı üçün İran rejimi onları oradan çıxarmaq istəyir. Sadəcə Urmu bölgəsində deyil, 500 km uzaqlıqda olan yerlərə belə ziyan dəyəcək. Güney Azərbaycan bölgəsinin bütün şəhərlərində bu zərər, ziyanlar hiss ediləcəkdir. Qurumağa səbəb 30 faiz iqlimdirsə, 70 faiz insan əli ilə qəsdən edilir.

Gölün qurudulmasında digər faktor onun içində olan qaynaqlardır. Məsələn, litium bu gün dünyanın ən çox ehtiyac olan maddələrdən biridir. Onunla enerji cihazlarının batareyalarını əldə edirlər. Ondan əlavə oranium, sodium, pitasium da həmin qaynaqlardandır ki, bu gölün içində aşkarlanıb. Amma Urmiya gölünün bərpası çox rahatdır. Bunun üçün rejim tərəfindən heç bir bərpaedici iş aparılmır. Əgər edilərsə, xüsusilə də payız, qış aylarında çox rahat yerinə dola bilər. Amma rejim bunu heç bir zaman istəmir. Buna misal, Urmiya gölünə axan çayların, suların üzərində su bəndləri qoyulmasıdır. Qarşısı kəsilən su buxarlanıb havaya gedir".

Güneyin əsas hədəfi müstəqildir”– Ağrı Qaradağlı ilə region

Sözçü qeyd etdi ki, Urmiya gölünün bərpası uzun illərdir müzakirə mövzusu olsa da, hələ də həll edilmir.

"Hardasa 20 ilə yaxındır ki, Urmiya gölü məsələsi gündəmdədir. Bu məsələ gündəmə gəldiyindən bu günə qədər hər dəfə prezident seçkilərində hansı gəlibsə, ilk işinin Urmiya gölünün bərpası olduğunu deyib, amma heç birisi də bu işi yerinə yetirməyib. Ən son özümüzdən olan, yəni guya türklərdən olan Pezeşkian söz verdi. Azərbaycan və Türkiyə Prezidentləri ilə farsca danışdı, amma getdi İraqda kürdcə, ərəbcə danışdı. İraqda olan Kərkük türklərinin ziyarətinə belə getmədi. Artıq ana dili məsələsi demək orada yalan oldu. Danışıqda deyir ki, Urmiya gölünün bərpası üçün 21 dənə şərtin hamısı yerinə yetirilməlidir. Təbii ki, onlar yerinə yetirilərsə, mən Urmiya gölünü bərpa edərəm. Bu şərtlər də hər halda rejim tərəfindən yerinə gətirilməlidir. Yəni deyir ki, mənim əlimdə heç bir şey yoxdur. Buna görə məncə bunlar hamısı rejimin oyunudur. Pezeşkian da belə rejimin oyunu idi, gəldi ortaya atıldı. Ona görə Urmiya gölünun bərpasını istəyiriksə, biz özümüz millət olaraq buna etiraz etməliyik. Meydanlara tökülməliyik və meydanlarda öz istəklərimizi bəlli etməliyik", - deyə Ağrı Qaradağlı bildirdi.

Türkan İSGƏNDƏRLİ