Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək - Şalva Papuaşvili
“Azərbaycan ilə Gürcüstan arasında güclü qardaşlıq və dostluq əlaqələri var".
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın 10-cu buraxılış parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevdən və digər siyasi şəxslərdən təbriklər aldıq. Bu, bizim dostluğumuzun bariz nümunəsidir. Bundan sonra da hər iki ölkə arasında bugünədək qoruyub saxladığımız sıx dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək, daha da möhkəmlənəcək”, - Ş.Papuaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan Parlamenti yaxın vaxtlarda yeni tərkibdə fəaliyyətə başlayacaq.