Ermənistan Azərbaycanla sülhdən DANIŞDI

 10:43 31.10.2024     225

Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər.

Redaktor.az xəbər verir ki, bunu parlamentdə xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə sahib olacağıq" dedi.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, İrəvan və Bakı tezliklə sərhədlərin delimitasiyası komissiyalarının reqlamentinin ratifikasiyası barədə bir-birini xəbərdar edəcək, bundan sonra proses davam etdiriləcək.

Mirzoyan onu da əlavə edib ki, Ermənistan və Türkiyə münasibətləri həll etmək üçün müsbət və fəal dialoq aparır.

“Heç kimə sirr deyil ki, Türkiyədə bu proses Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır", - o bildirib.

Türkan İSGƏNDƏRLİ