Pezeşkian Bakıda hansı məsələləri müzakirə edəcək? - Politoloq AÇIQLADI

 17:00 05.11.2024     225

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana gəlir.  Dövlət başçısı gələn həftə ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. 

Maraqlıdır səfər vaxtı iki dövlət başçısı hansı mövzular müzakirə oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  politoloq Natiq Miri bildirdi ki, bu səfər Azərbaycan və İran münasibətlərinin istiqamətini müəyyənləşdirəcək.

"Məsud Pezeşkian Azərbaycana BMT-nin iqlim konfransı, yəni COP29 kontekstində gəlir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçılarını ayrı-ayrılıqda qəbul edəcək. İranda ilk dəfə olaraq bir Azərbaycan türkünün prezident olması hadisəsindən sonra bu görüş xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu görüş Azərbaycan-İran münasibətlərinin istiqamətini müəyyənləşdirəcək. Bu günə qədər İran açıq şəkildə Azərbaycana düşmənçilik siyasəti yürüdüb. Başda Ermənistan olmaqla Azərbaycana düşmənçilik edən dövlətlərə yardım edib. Ancaq Pezeşkianın Azərbaycan, Türkiyə və türk dünyası ilə münasibətlərin qurulması yönündə siyasəti fərqlidir və Azərbaycan-İran arasında münasibətlərin ən yüksək müsbət anlamda zirvəyə qaldırılmasının tərəfdarı kimi çıxış edir".

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Politoloqun sözlərinə görə, münasibətləri tənzimləmək üçün bir çox məsələlər müzakirə oluna bilər.

"Bu kontekstdə münasibətləri tənzimləmək üçün ticarət, siyasət, iqtisadiyyat, nəqliyyat, Zəngəzur dəhlizinin açılması, eyni zamanda İran ərazisindən Naxçıvana çəkiləcək dəmir yolu məsələləri müzakirə predmeti ola bilər. Çünki artıq Məsud öz nazirinə konkret tapşırıq verib ki, Azərbaycanla olan dəmiryolu xətti işlərini sürətləndirsinlər. Bu, təkcə Azərbaycanın deyil, İran dövlətinin maraqlarına xidmət edən bir layihədir. Ona görə də Məsud Pezeşkianın Azərbaycana səfəri, COP29-da iştirakı və Azərbaycan prezidenti ilə görüşündən gələcəyə yönəlik ciddi nəticələr gözləyirəm. Təbii ki, bundan sonra Azərbaycan prezidentinin İrana, İran prezidentinin də Azərbaycana rəsmi səfəri baş tuta bilər. Çünki məhz bu cür əlaqələrin inkişafında, strateji yöndə inkişafında rəsmi səfərlər əhəmiyyət daşıyır".

Türkan İSGƏNDƏRLİ