"Azərbaycan TDT-nin fəaliyyətində həlledici rol oynayır" - AÇIQLAMA

 17:45 06.11.2024     229

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) XI zirvə toplantısına yekun vuruldu. Bu toplantı türk dünyası ilə əlaqələri dərinləşdirmək, bu dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyır. İclasda iştirak etmək üçün Prezident İlham Əliyev də Qırğızıstana səfər edib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Azərbaycanın TDT-nin yaranmasında həlledici rolu olub.

"Azərbaycan Türk Dövlətləri Təşkilatının yaranmasında həlledici rol oynayan dövlətdir və bu gün də təşkilatın lokomotivi kimi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı Naxçıvanda yarandı və bu il onun 15 illiyi tamam olur. Türk Dövlətləri Təşkilatının inkişafında Şuşada keçirilən görüş və orada qəbul olunan Qarabağ bəyannaməsi mühüm rol oynadı".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, türk dövlətləri arasında ciddi əməkdaşlıq mövcuddur:

"Azərbaycan türk dövlətləri ilə yaxından əməkdaşlıq edir. İlk növbədə bu, orta dəhliz vasitəsilə reallaşır. Yüklərin daşınması sahəsində çox ciddi irəliləyiş var, əməkdaşlığın genişlənməsinin göstəricisidir. Eyni zamanda, hərbi sahədə türk dövlətləri arasında ciddi əməkdaşlıq mövcuddur və onlar həm bir-birinin ordularının silahlanmasında yaxından iştirak edirlər. Eyni zamanda, bu dövlətlərin iştirakı ilə hərbi təlimlər keçirilir. Bütün mühüm məsələlərdə türk dövlətləri həmişə bir-birinin yanında olub, bir-birinə dəstək verib və bundan sonra da belə olacaq. Bu birliyin fəaliyyətində Azərbaycan müstəsna rol oynayır". 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə yeni bayraq qəbul edilib.

Türkan İSGƏNDƏRLİ