Kreml Bakının bu 3 istəyini DƏSTƏKLƏYİR

 23:24 08.11.2024     195

Rusiyalı senatorlar Azərbaycanla Aİİ arasında yaxınlaşmanın tərəfdarıdırlar.

Redaktor.az xəbər verir ki, bu sözləri Regionlar Palatasında Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin vurğulayıb.

Onun sözlərinə görə, bu, ümumi məkanımızda təhlükəsizliyin, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bundan əlavə, Federasiya Şurası Bakının çoxtərəfli birliklərlə, o cümlədən BRİKS və ŞƏT ilə əlaqələri genişləndirmək istəyini dəstəkləyir.

Karasin Moskva ilə Bakı arasında münasibətlərin hazırda yüksəlişdə olduğuna da diqqət çəkib. “Əməkdaşlığımızda əsas şey qarşılıqlı etimaddır”, – Karasin vurğulayıb.