Türkiyə parlamentinin sədri Azərbaycanı belə təbrik etdi - FOTO
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Redaktor.az-ın məlumatına görə, spikerin sosial şəbəkələrdəki paylaşımında deyilir:
“Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 44 günlük müharibədə şəhid olanların xatirəsini ehtiramla yad edir, Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizədə iştirak etmiş qazilərə öz ehtiramımı bildirirəm. Qarabağ Zəfərimiz mübarək, qardaşlığımız əbədi olsun!”.