Sadır Japarov Azərbaycana GƏLƏCƏK

 11:09 09.11.2024     225

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.

Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi "Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması" adlı tədbirdə çıxışı da planlaşdırılır.

Eyni zamanda, Qırğızıstan prezidentinin COP29 zamanı ikitərəfli görüşləri də nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən