Antiqua və Barbudanın Baş naziri Azərbaycana GƏLDİ

 20:45 10.11.2024     141

Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.