Baş nazir Əli Əsədov UNICEF-in icraçı direktoru ilə GÖRÜŞDÜ

 21:25 11.11.2024     149

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.

Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.