Vatikanın Dövlət katibi BAKIDADIR

 21:42 11.11.2024     166

Müqəddəs Taxt-Tacın (Vatikan) Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.