Esvatininin Baş naziri Azərbaycandadır

 22:21 11.11.2024     252

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən