Liviya Dövləti Prezident Şurasının Sədri Bakıya GƏLDİ

 22:48 11.11.2024     165

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.