Türkiyə pavilyonunun açılışından FOTOLAR

 23:26 11.11.2024     158

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) ilk günü Türkiyə pavilyonunun açılışı olub.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mavi Zonada keçirilən açılışda Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edib.

M.Kurum COP29-un Azərbaycanda əhəmiyyətindən danışıb: “Bu sammitə Türkiyə geniş nümayəndə heyəti ilə qatılıb. Sammit çərçivəsində ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəsini, layihələrimizi, strategiyalarımızı bütün dünya ilə bölüşəcəyik. Hazırkı COP29-un çox böyük önəmi var, çünki bu tədbir Azərbaycanda təşkil olunur”.

Daha sonra qırmızı lent kəsilib, qonaqlar məkanı gəzərək pavilyonla tanış olublar. 

22222