İspaniya Krallığı Hökumətinin sədri Bakıdadır

 23:58 11.11.2024     176

İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və rəsmi şəxslər qarşılayıblar.