Azərbaycanla Antiqua və Barbudanın Baş nazirləri müzakirələr apardı

 11:30 12.11.2024     221

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla fikir mübadiləsi aparıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirildi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.

Vumart və Güvən reklamı Vumart Güvən