Əli Əsədov İraqın Prezidenti ilə görüşdü

 13:26 12.11.2024     125

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Nazirlər Kabinetindən Redaktor.az-a bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.