Fidan Blinkenlə Bakı-İrəvan danışıqlarını müzakirə ETDİ

 23:55 12.11.2024     186

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Qəzzadakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçəli məlumat verib.

“Bu axşam xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb”, - Keçəli bildirib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər Qəzzada mövcud vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər.