"ABŞ konqresmeninə qarşı edilən etirazlar daha da sərt olmalı idi" - Politoloq

 16:40 18.11.2024     97

Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı etiraz aksiyası keçirdikdən sonra o, ölkəni tərk etdi.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Peloni anti-Azərbaycan və türk mövqeli bir insandır.

"Biz ABŞ konqresmeni Frank Peloninin daha çox ermənipərəst bir konqresmen kimi tanıyırıq. Əlbəttə, ona qarşı etirazlar olmalı idi və olacaq da. Bir halda ki, Azərbaycana qarşı əks mövqedə dayanan, Azərbaycanı sevməyən, onun mövqeyinə ciddi xələl gətirən bir şəxsdir. Konqresmenin Azərbaycanda görülməsi təbii ki, doğru deyil. Hər nə qədər də biz tolerantdan danışsaq da, dövlətə, dövlətçiliyə qarşı əks mövqedə dayanan bir şəxsin Azərbaycan dövlətində yeri yoxdur. Frank Peloninin də zaman-zaman istər Konqresdə çıxışlarında, istərsə də erməni lobbisinin təsiri altında keçirilən tədbirlərdəki çıxışlarında Azərbaycana qarşı mövqeyi çox sərt olub. Hətta deyərdim ki, düşmən mövqeyini açıqca ortaya qoyub".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, ABŞ konqresmeni Frank Peloniyə qarşı edilən etirazlar doğru sayılmalıdır.

"O baxımdan düşünürəm ki, bu etirazlar çox doğru bir addım idi. Vətəndaş cəmiyyətinin ciddi bir narazılığı vardı. Ona görə düşünürəm ki, bu cür addımın atılması normal idi və elə də olmalıydı. Reaksiya hələ bundan da sərt ola bilər. Çünki onlarda bizə qarşı münasibət, reaksiya heç də yumşaq olmayıb. Zaman-zaman ən sərt ritoriklərdən danışır. Bu baxımdan düşünürəm ki, bu cür münasibətin ona qarşı göstərilməsi tam doğru və təbiidir".

Türkan İSGƏNDƏRLİ