"İranın nüvə proqramına şübhələr var" - AÇIQLAMA

 17:45 22.11.2024     74

"İranın atom proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qəbul etdiyi qətnamə yenə də şübhələrin olduğunu, İran hakimiyyətinin nüvə proqramının şəffaf olmadığını göstərir".

Bu sözləri Redaktor.az-a Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyinin İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul etməsini şərh edərkən dedi. Onun sözlərinə görə, şübhələrin artmasına səbəb İranın rəsmi nümayəndələri açıqlamalarıdır.

"Agentliyin hesabatı gələn ilin yazınadək hazırlanacaq. Amma qətnaməyə səs verənlər və qətnamənin əleyhine olanların mövqeyindən görmək olur ki, bu qətnamədə İran hüquqlarına şübhələrin qaldığı əks olunub. Bu şübhələri İran hakimiyyətinin rəsmilərinin açıqlamaları da artırır. Məsələn, bu yaxınlarda İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Laricani bildirib ki, İranın atom əldə etməsi 48 saatda deyil, daha tez 24 saata baş verib. Yaxud uranın zənginləşdirilməsi miqdarının faizi ilə bağlı İran rəsmiləri verdiyi açıqlamada bu rəqəmin 80 faiz olduğunu bildirib. Halbuki İran hakimiyyətinə 20 faizə qədər zənginləşdirilməsinə icazə verilib. Tehran hakimiyyəti atom nüvə proqramını genişləndirməklə onun hərbi mahiyyəti səviyyəsinə çatdırmaqla beynəlxalq ictimaiyyətə təzyiqlər edir. Bu təzyiqlərdən biri Yaxın Şərqdə qarşıdurmanın İranın istəyinə uyğunlaşdırılması, yaxud bu məsələdə İrana güzəştə gedilməsi, digəri isə Avropa ölkələri ilə, xüsusən Böyük Britaniya, Fransa, Almaniya ilə danışıqlara nail olmaqdır. Bu, prezident Məsud Pezeşkianın Qərblə danışıqlara hazır olduğunun göstəricisidir".

Politoloq qeyd etdi ki, İranın sentrifuqları istifadəyə verməsi çəkindiricilik mahiyyəti daşıyır.

"Sentrifuqları artırmaq isə digər tərəfdən həm də çəkindiricilik mahiyyəti daşıyır. Tehran hakimiyyəti nüvə silahı əldə etməklə regionda yürütdüyü siyasətə çəkindiricilik mahiyyəti qatmağa çalışır. Dünyada nüvə silahına malik ölkələr 45-ci il hadisəsindən sonra onu heç vaxt tətbiq etməyiblər. İsrail və İranın bu kütləvi qırğın silahı tətbiq etməsi ehtimal azdır. Bütün hallarda çəkindirici, hədə gəlmək üçün bu addımlar atılır. Tehran hakimiyyəti yenidən nüvə proqramının bağlı beynəlxalq ictimaiyyətə ətraflı məlumat vermədiyindən və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun davranmadığından bu qətnamə qəbul olundu. Qətnamədə də Tehranın nüvə obyektlərinə və nüvə fəaliyyətinə şübhələr var. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qross İranın nüvə proqramı ilə bağlı yenilənmiş dəyərləndirməsini 2025-ci ilin yazınadək açıqlayacaq". 

Türkan İSGƏNDƏRLİ