Türkiyə parlamentində Milli Məclisin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə OLUNDU

 21:02 28.11.2024     62

Türkiyə parlamentində Azərbaycan Milli Məclisinin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O qeyd edib ki, parlamentdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

“Dost və qardaş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ilə görüşdük. Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü ilə bağlı görülən işləri müzakirə etdik”, - o yazıb.