"Vizasız gediş-gəliş onlar üçün rahatlıq yaradacaq” - Ceyhun Məmmədov

 12:16 29.11.2024     76

“Biz artıq bir çox ölkələrlə vizasız səfər haqqında razılığa gəlmişik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Ceyhun Məmmədov Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqda danışarkən deyib:

“Səudiyyə Ərəbistan azsaylı ölkələrdəndir ki, Qarabağ münaqişəsi vaxtı Azərbaycanı dəstəkləyib. Xalqımız ziyarət səfərlərində S.Ərəbistanına üz tutur. Vizasız gediş-gəliş onlar üçün rahatlıq yaradacaq”.

Türkan İSGƏNDƏRLİ