"Makronun addımları Fransa-Azərbaycan münasibətlərində çox dərin yaralar buraxıb"

 17:17 06.12.2024     414

Fransa Prezidenti Emmanuel Makronun istefası ilə bağlı çağırışlar artır. Ölkədə son aylarda yaşanan hökumət böhranları, genişmiqyaslı sosial etirazlar və iqtisadi çətinliklər Makron hökumətinə qarşı ictimai narazılığı daha da gücləndirib.

Makron istefaya gedərsə, Azərbaycanla münasibətlər hansı istiqamətdə dəyişər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov qeyd etdi ki, Fransa uzun müddətdir beynəlxalq hüququ pozaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb:

"Emanuel Makronun hakimiyyəti dövründə Fransa ilə Azərbaycan münasibətləri o qədər zədələnib ki, hətta Makronun hakimiyyətdən getməsindən sonra da Azərbaycanla Fransa arasındakı siyasi etimad mühitini yenidən formalaşdırmaq çox çətin görünür. Biz bir şeyi unutmamalıyıq ki, Fransa sistematik şəkildə və ardıcıl formada beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın ərazi bütövlüyünü həmişə şübhələndirib və günü bu gün də Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da Fransadan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatçı açıqlamalar verilir. Eyni zamanda separatçı ermənilər tez-tez Fransaya dəvət olunur, Fransada erməni diasporu maskası altında gizlənən separatçı təşkilatların fəaliyyətləri Fransanın dövlət sistemi tərəfindən təşviq edilir".

Tural İsmayılov: “Baş adamlar Ermənistanın layiqli cavabını almağını iddia edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Politoloq əlavə etdi ki, Makronun prezidentliyi dövründə bu siyasət daha radikal və ifrat mövqeyə gəlib çatıb.

"Bütün bunlar Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə çox dərin yaralar buraxıb. Fransa tarix boyu erməni diasporasının təsiri altında olan siyasi sistemə malik olub. Amma unutmamalıyıq ki, xüsusilə Emanuel Makronun prezidentliyi dövründə Fransanın bu ədalətsiz siyasəti ən ifrat və radikal mövqelərə gəlib çatıb. Hər halda Fransada hökumət böhranları, arxa-arxaya Makronun "pensiya islahatlarına" olan etirazlar və bunun arxasınca artıq Fransanın gələn il dövlət büdcəsi təsdiqlənməmiş formada daxili vəziyyəti sabitləşdirmək üçün atacağı addımların qalmaması, gərginliyin daha da artacağını göstərir. Amma hər halda Fransada nə olmağından asılı olmayaraq, Azərbaycanla münasibətlərdə hələ uzun müddət müsbət məcrada dəyişikliklərin olacağını düşünmürəm", - deyə T.İsmayılov bildirdi.

Türkan İSGƏNDƏRLİ