Azər Qasımlı haqda həbs qərarı VERİLDİ
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı məhkəməyə çıxarılıb.
Redaktor.az-ın məlumatına görə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalmasını istəyib.
Yasamal Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.
Qərara əsasən A.Qasımlımın istintaqdan yayınma, yer dəyişdirmə ehtimalı nəzərə alınaraq, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A.Qasımlı zor tətbiq etməklə hədə-qorxu gəlməkdə ittiham olunur.