Anar Bağırov Türkiyə Barolar Birliyinin sədrini təbrik ETDİ
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Erinç Sağkanı yenidən Türkiyə Barolar Birliyinə (TBB) başqan seçilməsi münasibəti ilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib.
Məlumata əsasən, A.Bağırov türkiyəli həmkarı ilə telefon söhbəti zamanı onu Azərbaycana səfərə dəvət edib.
O, E.Sağkanın rəhbərliyi altında Türkiyə Barolar Birliyi ilə Azərbaycan Vəkillər Kollegiyası arasındakı mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənərək, iki qardaş ölkənin vəkillik institutlarının bilik və təcrübə mübadiləsinin daha da genişlənəcəyinə inamını ifadə edib.
“Əminik ki, bu əməkdaşlıq həm hüquq peşəsinin inkişafına, həm də ədalət prinsiplərinin möhkəmlənməsinə xidmət edəcək”, - A.Bağırov vurğulayıb.
E.Sağkan ARVK-nın sədrinin Azərbaycana səfər dəvətini qəbul edib.