"Azərbaycanın uğurlu müdafiə sistemi bu cür hadisələrin yaşanmamasına zəmin yaratdı” - Arzu Nağıyev

 11:20 10.12.2024     227

"Kibertəhlükəsizlik COP29 tədbiri keçirilən zaman risk altında idi. Yəni kibercinayətkarlar həmin vaxt xakerlik etmək istəyirdilər. Ancaq Azərbaycanın uğurlu müdafiə sistemi bu cür hadisələrin yaşanmamasına zəmin yaratdı”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Arzu Nağıyev deyib.

“Məlumdur ki, Pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı. İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti, həmçinin digər hüquq-mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu. COP29 vaxtı Azərbaycan təhlükəsizliyi beynəlxalq səviyyədə təmin etdi. O cümlədən nəqliyyat da qüsursuz işlədi, turistlərə heç bir çətinlik yaratmadı”, – deyə o bildirib. 

Türkan İSGƏNDƏRLİ