"Bu iclasın İrəvanda keçirilməsi qurumun ikiüzlü siyasətini ifşa edir"
“Ermənistan mediasında yayılmış məlumata görə, Avropa Şurası Parlament Assembleyasının iclası İrəvanda keçirilir. İclasın mövzusu isə anti-Azərbaycan xarakteri daşıyır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Tural Gəncəliyev deyib.
"AŞPA-nın hələ də bu cür istifadə edilməsi təəssüf doğurur. Bu iclasın İrəvanda keçirilməsi bu qurumun ikiüzlü siyasətini ifşa edir. Biz onu görürük ki, İnsan Hüquqları adı altında maskalanaraq, siyasi manipulyasiya kimi istifadə edirlər", - deyə o bildirib.
Türkan İSGƏNDƏRLİ