"İlham Əliyev ata siyasətini daha da güclü şəkildə davam etdirdi" - Ceyhun Məmmədov

 11:41 10.12.2024     210

"Bir neçə gündən sonra Azərbaycan xalqı önəmli gün - Heydər Əliyevin anım gününü qeyd edəcək".

Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov MM-in bugünkü iclasında deyib.

"90-cı illərdə insanlar bütün inamını itirmişdi, elə bir vəziyyət idi ki, Azərbaycan müstəqilliyini itirə bilərdi. Ancaq Ulu öndərin siyasi fəaliyyəti nəticəsində biz bu vəziyyətdən tez çıxdıq, müdafiəni gücləndirdik. İlham Əliyev də ata siyasətini daha da güclü şəkildə davam etdirdi və dünyada öz adını yaxşı mənada tanıtdı. Hazırda Azərbaycan siyasətlə yanaşı iqtisadi sahədə də uğurlara imza atıb", - deyə millət vəkili əlavə edib.

Türkan İSGƏNDƏRLİ