"Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda vəziyyət düzəldi" - Millət vəkili

 11:24 13.12.2024     556

"Bir çox sahələrin təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qoyulub. AXC dövründə Azərbaycanın vəziyyəti pisləşdi, dünya tərəfindən sanksiyalar tətbiq olunurdu. Bu dövr ərzində bizə uzun illər düzəlməyən zərərlər yetirildi".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Əli Hüseynli parlamentin bugünkü iclasında deyib.

"Heydər Əliyev SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan sonra erməni lobbisi baş qaldırdı. O dövrdə vətənpərvərlik hissini itirmiş, qorxaq hakimiyyət isə məsələnin qarşısında aciz qalırdı. Heydər Əliyevin qayıdışı ilə vəziyyət düzəldi. Ermənilər Naxçıvandan çıxarıldı. İndi onun siyasətini İlham Əliyev davam etdirir. Hazırda bu məsələlər 2001-ci ildə qəbul edilən "Diplomatik xidmət" haqqında qanunla tənzimlənir", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ