ADA universiteti də bu qanunda yer alacaq - AÇIQLAMA

 11:27 13.12.2024     624

"Heç kim üçün sirr deyil ki, 44 günlük müharibə həm Qarabağın, həm də Ali Baş Komandan İlham Əliyevin xarici siyasətinin uğurudur. Bu, bizi dünyada tanıtdı, Azərbaycanın haqq səsini beynəlxalq qüvvələrə çatdırdı".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Buna görə bizə qarşı yeni cəbhələr açıldı. Bu qüvvələr Azərbaycan üçün qarayaxma kampaniyaları başladıb və davam edir. Ancaq biz onların cavabını veririk. Buna misal COP29-dur. Dünyadan 80 minə yaxın insan ölkəmizə gəldi, Azərbaycan tədbiri uğurla tamamladı. Şuşa bəyannaməsi Azərbaycanın parlaq nümunələrindəndir", - deyə deputat qeyd edib.

O əlavə edib ki, o vaxt biz beynəlxalq tədbirlərə qoşulmaqda problemlərlə üzləşirdik, indi isə belə maneələr yoxdur:

"Diplomatların digər ölkələrə getməsində çətinliklər var idi. İndi diplomatların öz sənədləri var ki, rahat gedə bilirlər. Sevindirici haldır ki, Azərbaycan diplomatiyasında xüsusi rol oynayan ADA universiteti də bu qanunda yer alacaq".

Türkan İSGƏNDƏRLİ