"Bizə olan təhdidlərin altında erməni maraqları dayanır" - Qüdrət Həsənquliyev

 11:50 13.12.2024     253

"Əli müəllimin fikrinə münasibət bildirmək istəyirəm. O dedi ki, keçmişdə bizə qarşı münasibətin pis olmasına səbəb, uğursuz diplomatiya fəaliyyəti ilə bağlıdır. Mən bunu bununla əlaqələndirmirəm. Bizə olan təhdidlərin altında erməni maraqları dayanır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib:

"ABŞ-nin Azərbaycanla münasibətlərində gərginliklər var. Həmçinin, Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsinə əsas maneə İrandır. Biz doğrudan da fəaliyyətimizi genişləndirməliyik. Xaricdə tədbirə qatılarkən orada bizim median izləmədiklərini gördüm. Onlar bizə təşvişlə bildirdi ki, bununla bağlı dili bilən əməkdaşın işə götürülməsi lazımdır. Səfirlərin səlahiyyət müddəti ilə bağlı məsələyə diqqət çəkmək istəyərdim. Qanuna əsasən səfirlərin fəaliyyət müddəti 5 ildir. Lakin bəzi səfirlər 10-15 il işləyirlər". 

Türkan İSGƏNDƏRLİ