"İlham Əliyev öz diplomatik, siyasi zəkası ilə xalqı özüylə aparmağa nail oldu" - Deputat
"Biz elə bir reallıq yaratmışıq ki, əsasən Qərb bizə qarşı gəlməyə çalışır".
Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib:
"İlham Əliyev öz diplomatik, siyasi zəkası ilə xalqı özüylə aparmağa nail oldu. Bu da diplomatik məharət deməkdir. Şuşanın azad olunmasında silahdan istifadə olunmadı, bir güllə də atılmadı. Elə bu da sırf diplomatik uğurun nəticəsidir".
Türkan İSGƏNDƏRLİ