"Azərbaycan "həlli olmayan" adlandırılan problemi həll etdi" - Musa Qasımlı
"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, 2003-cü ildən sonra İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycanın fəaliyyəti dünyaya səs salıb".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı bu gün keçirilən plenar iclasda deyib:
"Hər bir dövlətin başlıca vəzifəsi olan ölkənin və millətin müdafiəsini təşkil etmək, təhlükəsizliyini etibarlı qorumaq və dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edən xarici siyasəti yürütmək vəzifələri ötən illərdə uğurla yerinə yetirilib. Azərbaycan "həlli olmayan" adlandırılan problemi həll etdi, dövlətimizə, xalqımıza qələbələr verdi. Xaricdə Azərbaycanı təmsil edən şəxs dövlət diplomatıdır və o, bütün söhbətlər barədə məlumat verməlidir. Çünki, bunların hamısın səfirliyin arxivində qalır.
Diplomatik xidmətinə xitam verilən şəxs keçmiş xidməti fəaliyyəti barədə məlumatlar verməlidir. Əvvəlki illərdə yol verilmiş bəzi üsulsuz halların qarşısı qanunla alınmalıdır".
Türkan İSGƏNDƏRLİ