"Biz Suriyadakı kimi "Allahu-Əkbər" deyənləri qəbul etmirik" - Millət vəkili
"Azərbaycanın ən böyük diplomatı Heydər Əliyev idi. Yeni Azərbaycan diplomatiyasının 44 günlük müharibəsindən də özünü göstərdi. Azərbaycan diplomatik sistemində az satqın insan çıxıb".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında millət vəkili Zahid Oruc deyib:
"Sonr 20 ildə "Məxməri" kimi müxalif etirazlar olmayıb. Dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayırıq. Lakin min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, "Allahü-əkbər" sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik. Ararat Mirzoyan son çıxışlarında Azərbaycan xüsusilə də İlham Əliyevin adını çəkmir. Erməniləri Qarabağa gəlməsi üçün AXC-ni fəaliyyətə gətirmək kifayətdir. Ən böyük diktatura "sevimli" yazıçı Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır! Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var—Qələbəmizə müxalif olmayın".
Türkan İSGƏNDƏRLİ