Bu diplomat övladlarının təhsil xərcləri dövlət tərəfindən ödənilsin - Deputatdan TƏKLİF

 12:22 13.12.2024     198

"Hər birimiz bilirik ki, ilk dəfə "Diplomatik Xidmət Haqqında" qanun 2001-ci ildə qəbul olunub. O dövrdə biz təəssüflər olsun ki, yaxşı vaxtlardan keçmirdik".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ramin Həsən deyib:

""Diplomatik Xidmət Haqqında" qanun layihəsi bizim xarici siyasət strategiyasında Azərbaycan diplomatlarına eləcə də dövlətə töhfə verəcək. Bu qanun sayəsində xarici ölkəyə ezam olunan diplomatın ailə üzvləri də onunla gedə biləcək. Bu da ailə parçalanmasının qarşısını alacaq. Onların həm stajlarının qorunması, həm də bilik-təcrübələrindən faydalanmaq bu sərəncamda xüsusi yer alır. Mən təklif edərdim ki, ezam olunan diplomat övladları 3-cü ölkədə təhsil almaq istəyirsə, onun xərcləri dövlət tərəfindən qarşılansın".

Türkan İSGƏNDƏRLİ