Diplomatlar gedəcəkləri ölkələrə görə ixtisaslaşmalıdır - TƏKLİF
"Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dirçəldi".
Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında danışıb.
"Bu gün biz diplomatlar haqqında hansısa qərar verərkən, köhnə dövrlərə yox, indiki fəaliyyətlərinə baxırıq. Diplomatik vəzifəsində savadlı insanlar var ki, onlar Azərbaycanı dünyada layiqincə təmsil edirlər".
Millət vəkili bir neçə təklif irəli sürüb:
"Xarici ölkələrdə diplomatın ailə üzvlərinin davranışı xüsusi əhəmiyyət daşıyır. Buna görə də onlar həmin ölkəyə getməzdən öncə məlumatlandırılmalı, dil üzrə bilikləndirilməlidirlər. Digər təklifim, dünya müxtəlifdir, rəngarəngdir: dil, din, adət və s... Buna görə də diplomatlar həmin ölkələrə görə ixtisaslaşmalıdır".
Türkan İSGƏNDƏRLİ